ABŞ-də Maskın partiya yaratmasına skeptik yanaşırlar | VİDEO

   ABŞ-də Maskın partiya yaratmasına skeptik yanaşırlar | VİDEO
  18 İyul 2025    Oxunub:745
Amerikalıların yalnız 27%-i amerikalı sahibkar İlon Maskın öz partiyasını yaratmaq ideyasını bəyənib.
AzVision.az xəbər verir ki, “Rasmussen Reports” nəşri öz araşdırmasının nəticələrinə əsasən belə məlumat yayıb.

Sorğuda iştirak edənlərin daha 25%-I yeni siyasi qüvvəyə münasibəti barədə hələ qərar vermədiklərini bildirib. Respondentlərin 48%-i İlon Maskın ABŞ-də üçüncü siyasi partiya yaratması ideyasını pis qərar kimi qiymətləndirib.

Mask öz partiyasının planlarından danışıb | VİDEO
“Rasmussen Reports” nəşrinin 13-15 iyulda apardığı sorğuda 1196 nəfər iştirak edib.

Xatırladaq ki, ABŞ prezidenti ilə qarşıdrumadan sonra “Tesla” və “SpaceX” şirkətlərinin sahibi milyarder İlon Mask iyulun 5-də “Amerika Partiyası” adlı siyasi partiyanın yaradıldığını elan edib.

Sahibkarın iddiasına görə, onun partiyası 2028-ci ildə ABŞ-də keçiriləcək növbəti prezident seçkilərində istənilən namizədi dəstəkləyə bilər, lakin qarşıdakı 12 ayda diqqət Nümayəndələr Palatasına və Senata seçkilərə yönəldiləcək.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mask   partiya   münasibət  



Xəbər lenti